Dünyada buğda ucuzlaşdığı halda, Azərbaycanda un bahalaşır
Kənd təsərrüfatı
-
Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin üzərinə düşən əsas vəzifələrdəndir. Hökumətlər ərzaq məhsullarının istehsalını, paylanmasını, keyfiyyətini, tədarükünü tənzimləyir və dayanıqlığının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirirlər. Ərzaq təhlükəsizliyi ölkənin əsas yeyinti məhsullarına və içməli suya olan ehtiyaclarının daxili istehsal hesabına təmin edilməsi, əlavə olaraq isə 20 faiz dövlət ehtiyatlarının yaradılması deməkdir.
-
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunda yerləşən “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, kompleks təxminən 100 hektar ərazidə yaradılıb və burada 9000 baş heyvanın — 3200 baş südlük, 3000 baş ətlik mal-qara və 2800 baş buzovun saxlanılması üçün şərait mövcuddur. Hazırda kompleksdə Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən olan heyvanlar saxlanılır.
-
Artıq dörd ildir davam edən Rusiya–Ukrayna müharibəsi Qara dəniz regionunda gərginlik yaradaraq yükdaşımalarında ciddi çətinliklərə səbəb olmuşdur. Nəticədə dünya bazarlarında bir sıra məhsulların qiymətləri artmışdır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu ilin fevral ayında müşahidə olunan buğda qiymətlərinin artımını Qara dəniz regionunda davam edən gərginliklə əlaqələndirmişdir.
-
Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata görə, 2025-ci ildə Azərbaycanda 924,7 min ton kartof istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 2700 ton azdır. Qeyd etməliyəm ki, 2025-ci ildə əvvəlki illə müqayisədə kartofun əkin sahəsi 1800 hektar azalmışdır. Rəqəmlərdən də göründüyü kimi, əvvəlki illə müqayisədə 2025-ci ildə kartof istehsalının azalmasına səbəb əkin sahələrinin azalması olmuşdur.
Gündəmdə
Rəy yaz