Avqustda daşınmaz əmlakın icbari sığortası üzrə 9 min 326 sığorta müqaviləsi bağlanıb
Bakı/14.09.17/Turan: Bu ilin avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 9326 sığorta müqaviləsi bağlanıb. Bu barədə Daşınmaz Əmlakın İcbari Sığorta Bürosunun məlumatında bildirlir.
Həmin müqavilələr üzrə sığorta haqlarının məbləği 2 mln. 080, 459 min manat təşkil edib. Bunun 7360-ı yaşayış evləri və mənzillər, 29-u inzibati binalar, 1937-i isə digər daşınmaz əmlakla bağlı olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 47% azalma, sığorta haqlarının məbləğində isə 2% azalma müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 321, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanılıb.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti ("Atəşgah" ASC, "Standard Insurance" ASC, "AtaSığorta" ASC, "Xalq Sığorta" ASC, "PAŞA Sığorta" ASC, "AXA MBASK" ASC, "AzSığorta" ASC, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti, "Meqa Sığorta" ASC, "İpək Yolu Sığorta" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Qala Sığorta" ASC, "Günay Sığorta" ASC) fəaliyyət göstərir.-71D-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz