Azərbaycanda maliyyəçilərin sayı 12% artıb
Bakı/20.10.22/Turan: 2022-ci il sentyabrın 1-nə Azərbaycanın maliyyə sektorunda 33,8 min nəfər işləyib.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Məlumatda deyilir ki, bu, 2021-ci il sentyabrın 1-i ilə müqayisədə 12,3% çoxdur.Maliyyəçilərin 6,8 mini dövlət, 27 mini isə özəl sektorda çalışır. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 9,7% və 13% çoxdur. -0-
-
- Siyasət
- 20 Oktyabr 2022 15:23
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz