Azərbaycanın 2024-cü il büdcəsinə edilməsi gözlənilən dəyişikliklər açıqlanıb
Azərbaycanın 2024-cü il büdcəsinə edilməsi gözlənilən dəyişikliklər açıqlanıb
Maliyyə Nazirliyi mayın 24-ü axşam saatlarında 2024-cü ilin dövlət və icmal büdcələrinə edilməsi gözlənilən dəyişiklikləri – müvafiq qanun layihəsini ictimailəşdirib.
Nazirliyin internet səhifəsində yerləşdirilmiş sənəd mayın 27-si Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunacaq.
Beləliklə, qanun layihəsinə əsasən, Azərbaycan neftinin büdcə qiyməti hər barel üçün 15 ABŞ dolları artırılaraq 60 dollardan 75 dollara qaldırılır.
Yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 36 353 milyon manat (hazırda 34 173 milyon manatdır), xərclərinin isə 39 707,3 milyon manat (hazırda 36 763 milyon manatdır) təşkil edəcəyi gözlənilir. Beləliklə, büdcədə 3 354,3 milyon manat kəsir yaranmalıdır (hazırda 2 590 milyon manatdır).
Yenidən baxılmış icmal büdcəsinin isə gəlirlərinin 43 480 milyon manat (hazırda 38 998 milyon manatdır), xərclərinin isə 45 591,8 milyon manat (hazırda 42 376 milyon manatdır) təşkil edəcəyi gözlənilir. Beləliklə, büdcədə 2 111,8 milyon manat kəsir yaranmalıdır (hazırda 3 379 milyon manatdır).
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz