Beş ayda bank sektorunda 913 nəfər iş yerini itirib
Bakı/13.07.17/Turan: Bu ilin beş ayında Azərbaycanda 560 bank filialı və 141 bank şöbəsi fəaliyyət göstərib, deyə Maliyyə Bazarlarına Nəzarət Palatası bildirir.İlin əvvəli ilə müqayisədə filailların sayı 9 vahid azalıb, şöbələrin sayı 10 vahid artıb.POS-terminalların sayı 2 min 461-dən 2 min 476-ya artıb.İlin beş ayında bank sektorunda 913 nəfər iş yerini itirib. Hazırda bu sektorda 16 min 034 nəfər çalışır.Ölkədə 31 bank fəaliyyət göstərir. 71D
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz