
Dolların məzənnəsi dəyişməyib, avro bahalaşır
Bakı/05.05.17/Turan: Dolların məzənnəsinin nisbi sabitliyi fonunda avronun məzənnəsi artır.
Mərkəzi Bank mayın 8-nə dolların məzənnəsini dəyişdirməyib, 1,7026 manat səviyyəsində saxlayıb. Avropa valyutasının məzənnəsi isə mayın 4-də olan 1,8549 manatdan 1,8702 manata qədər bahalaşıb.
Banklarda dolları 1,6850-1,72 manata almaq, 1,6340-1,6750 manata satmaq olar.
Avronun 1,86-1,8979 manata almaq, 1,7950-1,8450 manata satmaq olar. –71D-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Rəy yaz