İlin əvəvlindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 25% artıb
Bakı/05.07.17/Turan: 2017-ci ilin iyununda Mərkəzi Bankın valyuta ehtiyatları əvvəlki aya nisbətən 138,7 mln dollar və yaxud 2,9% artaraq 4 mlrd 964,1 mln dollara çatıb, deyə Mərkəzi Bank bildirir.İlin II rübündə valyuta ehtiyatları 531,4 mln dollar və ya 12% artıb.İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 989,7 mln dollar və ya 25% artıb.İllik hesablamada Mərkəzi Bankın valyuta ehtiyatları 680,2 mln dollar və yaxud 15,9% artıb. 71D
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz