Bakı/15.04.22/Turan: “Bakı Fond Birjası”nda (BFB) İpoteka və Kredit Zamanət Fondunun AZ2059008683 ISIN kodlu, 50 milyon manatlıq, 9 000 gün (təxminən 25 il) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.Bu barədə BFB məlumat yayıb.Məlumatda deyilir ki, hərraca 2 investor ümumi məbləği 50 milyon manat olan 2 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.İstiqrazların ödəmə tarixi 4 dekabr 2046-cı ildir. -0- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə