Valyuta mübadiləsi və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması üçün proqram təminatının yaradılması üzrə tenderin qalibi elan edilib
Bakı/09.07.19/Turan: Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması üçün proqram təminatının yaradılması məqsədi ilə mal və xidmətlərin satın alınması üzrə açıq tenderin qalibini élan edib."AtaTexnologiya" şirkəti tenderi udub. Şirkətlə ƏDV daxil olmaqla 604 min 958 manat məbləğində müqavilə imzalanıb. -71D-
Maliyyə
-
Fevralın 25-də "Bakı Fond Birjası"nda Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında hazırladığı “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
-
2025-ci ilin yanvar ayında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları 443,4 milyon manat təşkil edib.
-
2024-cü ildə Azərbaycandakı sığorta şirkətləri ümumi dəyəri 7,2 milyon manat olan 50 207 “Yaşıl Kart” müqaviləsi bağlayıb.
Gündəmdə
Rəy yaz