
Açiq mənbələrdən foto.
Bakı/12.11.22/Turan: 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümümxalq səsverməsi ilə qəbul edilib.
Ötən 27 ildə referendumlarda Konstitusiyaya üç dəfə dəyişiklik və əlavələr edilib: 24 avqust 2002-ci il, 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il.
2006-cu ilədək 12 noyabr bayram olaraq qeyri-iş günü kimi qeyd olunurdu. Sonradan bu gün bayram kimi qalsa da, qeyri-iş günü olmadı. -06D-
Rəy yaz