17 noyabr Milli Dirçəliş Günüdür

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı olan "Azadlıq" meydanında (keçmiş Lenin meydanı red.) Qarabağ üzərində suverenliyin təmin edilməsi tələbilə fasiləsiz mitinqlər başladı. Sonradan mitinq iştirakçıları Azərbaycanın müstəqilliyi məsələsini qaldırdılar.

Bu tarix SSRİ-dən çıxmaq məqsədilə Azərbaycan xalqının milli- azadlıq mübarizəsinin başlanğıcı hesab etmək olar.

Yüz minlərlə adam Moskvanın antiazərbaycan siyasətinə və Qarabağda qızışan erməni separatizminə qarşı ədalətsiz mövqeyinə etiraz olaraq meydana toplaşdı.

Dekabrın 4-dən 5-nə keçən gecə mitinq sovet qoşunları tərəfindən dağıdıldı və repressiyalar başlandı. Ancaq bu, milli- azadlıq hərəkatını dayandırmadı.

1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi  yaradıldı və onun təzyiqi altında həmin ilin sentyabrında Ali Sovet Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bu, Moskvanı qıcıqlandırdı və onun qəzəbinə səbəb oldu.

1990-cı il yanvarın 19-20-də sovet ordusu Azərbaycanda milli hərəkatın yatırmaq məqsədilə Bakıda cəza əməliyyatı həyata keçirdi.

Etirazçılara qarşı ağır texnika və odlu silahlardan istifadə edildi, nəticədə yüzlərlə dinc sakin öldürüldü və yaralandı. Ancaq sovet hakimiyyətinin bu addımı da Azərbaycanın müstəqillik əzmini qıra bilmədi.

1990-cı il seçkilərində Xalq Cəbhəsi liderlərinin əksəriyyəti Ali Sovetdə yer alaraq "Demokratik Blok" adlı fraksiyanı formalaşdırdılar.

18 oktyabr 1991-ci ildə həmin fraksiyanın səylərilə Azərbaycanın dövlət müstəqilliyi elan edildi.

1992-ci ilin mayında Xalq Cəbhəsi hakimiyyətə gəldi. Qısa müddətdə sovet qoşunları Azərbaycan ərazisindən çıxarıldı.

1992-ci ilin dekabrından 17 noyabr milli bayram kimi qeyd olunur. Lakin 2006-cı ildən qeyri-iş günüdür.

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti