![9 noyabr Dövlət Bayrağı Günüdür](https://turan.az/resized/media/2020/main/110900033816-750-500-resize.webp)
9 noyabr Dövlət Bayrağı Günüdür
Bakı/09.11.20/Turan: Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bayram münasibətilə ölkədə qeyri-iş günüdür.
Üzərində aypara və səkkiz guşəli ulduz olan üçrəngli bayraq 1918-ci l noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) tərəfindən dövlət rəmzi kimi təsdiq edilib.
Bu bayraq 1920-ci il aprelin 28-nə qədər qüvvədə olub, həmin tarixdə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilib.
1980-ci illərin sonu - 1990-cı illərin başlanğıcında milli-azadlıq mübarizəsi nəticəsində 1991-ci il fevralın 5-də Azərbaycan Ali Şurası üçrəngli bayrağı respublikanın rəmzi kimi bərpa edib.
Azərbaycan prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə noyabrın 9-u hər il "Dövlət Bayrağı Günü" kimi qeyd olunur.--0--
-
- Aktual Reportaj
- 9 Noyabr 2020 01:07
-
- Siyasət
- 9 Noyabr 2020 09:48
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz