Ned Price
ABŞ bir daha fəal və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevi azad etməyə çağırıb
Vaşinqton/21.12.22/Turan: Çərşənbə axşamı Bakı məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Bəxtiyar Hacıyev barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etmədikdən sonra ABŞ Dövlət Departamenti bir daha onu azad etməyə çağırıb. Xəbəri Turan-ın Vaşinqton müxbiri verib.
"Ötən həftə biz Bəxtiyar Hacıyevin İnsan Hüquqları Günü ərəfəsində həbsi ilə bağlı narahatlığımızı bildirmişdik", deyə mətbuat katibi Ned Prays gündəlik brifinqdə bildirib.
"Biz Azərbaycan hakimiyyətini onu operativ qaydada azad etməyə çağırdıq", deyə o əlavə edib.
Turan-ın Hacıyevin işinin Bakı rəsmiləri ilə müzakirə olunub-olunmadığı haqqında sualına cavabda Prays belə deyib: "Bu, bizim diplomatik kanallarla tərəfdaşlarımızla apardığımız özəl danışıqlardır. Biz bütün dünyada ümumilikdə, həmçinin ayrı-ayrı hallarda insan hüquqları məsələsini tərəddüdsüz qaldırırıq. Bu, əlbəttə ki, Azərbaycandakı tərəfdaşlarımıza da aiddir". 25B
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz