Vedant Patel
ABŞ Dağlıq Qarabağa qaz verilməsinin bərpasına şaddır
Vaşinqton/17.12.22/Turan: ABŞ "şaddır ki", Dağlıq Qarabağa təbii qaz verilməsi bərpa olunub, bu barədə cümə günü Dövlət Departamentindən bildiriblər, xəbəri Turan-ın ABŞ-dakı müxbiri verib.
"Energetika infrastrukturunda fasilələr humanitar böhrana səbəb ola bilər", bu barədə gündəlik brifinqdə Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.
O, Vaşinqtonun Laçın dəhlizinin bağlanmasının "ciddi humanitar nəticələri olduğu və sülh prosesini geriyə atdığı" haqqında mövqeyini təsdiq edib.
"Biz dəhlizdə sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırırıq, bunun yolu danışıqlardan keçir", deyə o əlavə edib.
Vaşinton tərəflərin hələ də sülh müqaviləsini ilin sonuna qədər imzalamaqda maraqlı olduğunu düşünür? Turan-ın müxbirinin bu sualına cavabda Patel deyib ki, "müddət təyin etmək lazım deyil".
O qeyd edib ki, dövlət katibi Blinken bu məsələyə çox diqqət yetirir. 0
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz