© Photo : Facebook / U.S. Embassy Yerevan
ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Yerevanda görüşüblər
Bakı/04.11.21/Turan: ABŞ-ın Ermənistandakı, Gürcüstandakı və Azərbaycandakı səfirləri (Linn Treysi, Kelli Deqnan və Erl Litsenberger) ABŞ-ın İrəvandakı səfirliyində görüş keçiriblər.
Bu barədə məlumatı ABŞ-ın Ermənistandakı diplomatik missiyasının mətbuat xidməti Facebook səhifəsində yayıb.
Görüşdə ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Olson, ATƏT-in Minsk qrupunun ABŞ-dan həmsədri Endryu şofer və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya regionu üzrə Administratorunun köməkçisinin müavini Aleksandr Sokolovski də iştirak edirdi.
2018-ci və 2019-cu ildəki görüşlər müvafiq olaraq Tbilisi və Bakıdakı səfirliklərdə keçirilib, Yerevandakı görüş isə COVİD-ə görə bir il təxirə salınıb.—0—
-
- Bizimkiler
- 4 Noyabr 2021 20:17
-
- Siyasət
- 5 Noyabr 2021 00:30
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz