ABŞ rəsmi nümayəndəsi Azərbaycanda insan hüquqları və əsas azadlıqların vacibliyini qeyd edir
Vaşinqton / 20.06.19 / Turan: ABŞ Azərbaycanda insan hüquqları və əsas azadlıqların müdafiəsini dəstəkləyir. Bu barədə Dövlət Departamentinin məlumatında deyilir.
"Dövlət katibinin siyasi məsələlər üzə müavini Devid Heyl Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Görüş zamanı onlar regional problemləri və imkanları müzakirə ediblər.
D.Heyl ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn işində gələcək zorakılığın qarşısının alınmasının və irəliləyişə nail olunmasının vacibliyini qeyd edib", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.
"Katib müavini və xarici işlər naziri Birləşmiş Ştatlar ilə Azərbaycan arasında təhlükəsizlik, energetika və iqtisadi artım sahəsində əməkdaşlığı müzakirə ediblər.
Görüş zamanı Heyl siyasi sanksiyalar da daxil olmaqla, bəzi məsələlərlə bağlı administrasiyanın prioritetlərini qeyd edib.
Nazir müavini Birləşmiş Ştatların Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların müdafiəsini dəstəklədiyini vurğulayıb", - D.Heylin mətbuat xidmətinin məlumatında deyilir.-0-
-
- Dünyada
- 20 İyun 2019 19:46
Siyasət
-
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
-
Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri kimi diplomatik missiyasını başa vurdu. Bu barədə səfirliyin X sosial hesabında dərc edilmiş məlumatda deyilir.
Rəy yaz