ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı və Yerevanı təxribatlardan çəkinməyə çağırıblar
Bakı/21.06.19/Turan: ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov - RF, Stefan Vizkonti - Fransa və Endryu Şofer - ABŞ) iyunun 20-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla məsləhətləşmələr aparıblar.
Həmsədrlər nazirlərlə ayrı-ayrılıqda, daha sonra isə birlikdə görüşüblər. Onlar həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi səlahiyyətlərini yerinə yetirən Filip Rikerə regiondakı vəziyyət və nizamlanma danışıqlarının statusu haqqında məlumat veriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də bu görüşlərdə iştirak edib.
Müzakirələr zamanı iştirakçılar regionda son hadisələr və nizamlanma prosesinin əsas məsələləri haqqında fikir mübadiləsi aparıblar. Xarici işlər nazirləri öz mövqelərini və vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar addımlar və təhlükəsizlik tədbirləri ilə bağlı ümidlərini açıqlayıblar.
"Bu yaxınlarda verilmiş itkiləri təəssüflə qeyd edən həmsədrlər israrla tərəfləri sülh və konkret danışıqlar üçün şərait yaradan atmosferin bərpası üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar. Onlar tərəfləri atəşkəsə qeyd-şərtsiz riayət etmək öhdəliklərini təsdiq etməyə və istənilən təxribat əməllərindən, o cümlədən təmas xətti və beynəlxalq sərhədlər boyunca snayperlərdən istifadədən və mühəndislik işlərindən imtina etməyə çağırıblar.
Həmsədrlərlə söhbət zamanı xarici işlər nazirləri gərginlik riskinin azaldılması məqsədilə çevik reaksiya üçün mövcud birbaşa əlaqə kanallarından tam həcmdə istifadənin vacibliyi ilə razılaşıblar.
Xarici işlər nazirləri yaxın gələcəkdə həmsədrlərin himayəsi altında yenidən görüşməyə razılıq veriblər", deyə ATƏT MQ həmsədrlərinin bəyanatında qeyd edilir. -02D-
Siyasət
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
-
Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri kimi diplomatik missiyasını başa vurdu. Bu barədə səfirliyin X sosial hesabında dərc edilmiş məlumatda deyilir.
-
Ötən gün Bakı Məhkəmə Kompleksində Qarabağ separatçılarının keçmiş liderlərinin işi üzrə hazırlıq iclası başlayıb.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 12:28
- 281
Rəy yaz