Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşün yekunları haqqında
Bakı/21.06.19/Turan: Tərəflərin mövqeləri dəyişməyib, hər bir tərəf nizamlanmanı öz istədiyi kimi görür - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda dünənki görüşdən sonra verdikləri şərhlərdən belə nəticə çıxarmaq olar.
Danışıqlar "dərin və intensiv" xarakter daşıyırdı, 3 saatlıq görüş başa çatdıqdan sonra Azərbaycan XİN başçısı Elmar Məmmədyarov belə deyib.
O, təmas xəttində son vəziyyətin gərginləşməsini xoşagəlməz adlandırıb, bununla belə, onların danışıqların gedişatına təsir etməyəcəyini bildirib.
"Aramızda ciddi fərqlər qalmaqdadır. İrəli sürülən təklifləri başa düşürük, onlar əvvəlki təkliflərdir, biz artıq 15 ildir bu təklifləri müzakirə edirik. Daha çox siyasi iradə nümayiş etdirmək lazımdır", deyə Məmmədyarov jurnalistlərlə söhbətində bildirib.
O, "hərbiçilərin kazarmalara qayıdışını" tərəflər arasında etimadın bərpasının əsas elementi adlandırıb. Bundan başqa, tərəflərin əhalisinin sülhə hazırlanması üzrə səyləri davam etdirmək lazımdır.
Öz növbəsində, Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan təmas xəttində vəziyyətin gərginləşməsinin danışıqların gedişatına mənfi təsirini qeyd edib. Onun sözlərinə görə, Ermənistan üçün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi məsələsi əsas prioritet olaraq qalır.
"Bizim mövqeyimiz dəyişməyib, dəyişə də bilməzdi. Dağlıq Qarabağ maraqlı tərəf və bütün proseslərin subyektidir. Danışıqlarda irəliləyiş əldə etmək istəyimiz ciddidirsə, sabitlik hissi qorunub saxlanmalıdır. Bunu tamamilə aydın şəkildə bəyan etdik", deyə Mnatsakanyan bildirib. -02D-
-
- Cəmiyyət
- 21 İyun 2019 10:49
Siyasət
-
Ötən gün Bakı Məhkəmə Kompleksində Qarabağ separatçılarının keçmiş liderlərinin işi üzrə hazırlıq iclası başlayıb.
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
Rəy yaz