ABŞ səfiri məcburi köçkün məktəbinə �Amerikan Rəfi� adlı böyük kitab kolleksiyası hədiyyə edib
Bakı/21.02.18/Turan: Fevralın 21-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Anna Sekuta Bakının Yeni Qala qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş məktəbin kitabxanasına həm ingilis, həm də azərbaycan dillərində dünya klassiklərinin kitablarından və uşaq kitablarından ibarət "Amerikan Rəfi" adlı böyük kolleksiyası hədiyyə edib.
Məktəb ABŞ Səfirliyinin dəstəyi ilə inşa edilib və 2007-ci il fevralın 21-də istifadəyə verilib.
Təqdim etmə məraismində məktəb kollektivi, Xəzər rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, ABŞ Səfirliyinin Hərbi Əməkdaşlıq Şöbəsi tərəfindən Komandir Jay Mihal və Mayor Stephen Garvin iştirak edib.
Məktəbin mövcud olduğu on il ərzində səfirliyin Yeni Qala məktəbinə göstərdiyi dəstək nəticəsində məktəb daha böyük sinif otaqları, müasir avadanlıq və sağlam şəraitlə təmin edilərək tədris imkanlarını 5000-dən çox uşaq üçün inkişaf etdirib.
Belə təhsil bazası məcburi köçkün uşaqlarının özləri üçün, cəmiyyət üçün və bütövlükdə Azərbaycan üçün güclü gələcək formalaşdırmasına imkan yaradacaq.
Məlumatda deyilir ki, Yeni Qala məktəbi Birləşmiş Ştatların Müdafiə Departamentinin Humanitar Dəstək Proqramının Azərbaycanda tikintisinə dəstək göstərdiyi sayca on üçüncü məktəbdir. Həmin proqramın bir hissəsi olaraq səfirlik 2018-ci ildə Bərdənin Güloğlular kəndində məcburi köçkünlər üçün tikiləcək on yeddinci məktəbin tikintisinə dəstək göstərməyi planlaşdırır.
1991-ci ildən etibarən ABŞ Azərbaycana dəstək məqsədilə 1,3 milyard dollar vəsait yatırıb. 2003-cü ildən etibarən ABŞ-ın Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərin yaşayışının və yaşayış şəraitinin təkmilləşdirilməsinə yönəlmiş humanitar dəstək layihələrinin, o cümlədən məktəblərin tikintisinə və su layihələrinə 5.5 milyon dollardan çox vəsait ayırıb. Ümumilikdə, ABŞ 1991-ci ildən etibarən məcburi köçkünlərə göstərilən dəstək üçün Azərbaycanı 125 milyon dollardan artıq vəsaitlə təmin edib. -03C-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz