İran Azərbaycana hərbi yardım göstərməyə hazırdır � Hatəmi
Bakı/21.02.18/Turan: Bu gün Azərbaycan və İranın müdafiə nazirləri - Zakir Həsənov və Əmir Hatəmi regionda hərbi-siyasi vəziyyəti müzakirə ediblər.
Həsənov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regional sabitliyə ciddi təhdid təşkil edir.
Hatəmi öz növbəsində əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu bildirib. O qeyd edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun münaqişənin həllində ədalətli mövqeyini dəstəkləyir.
Onun sözlərinə görə, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.
Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. -06B-
-
- İqtisadiyyat
- 21 Fevral 2018 15:36
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz