ABŞ siyasi məhbusların, o cümlədən Elçin Məmmədin azad edilməsi üçün yeni təşəbbüslə çıxış edir
Vaşinqton/12.01.23/Turan: Yanvarın 11-də Bayden administrasiyası siyasi məhbusların, o cümlədən azərbaycanlı Elçin Məmmədin azadlığa buraxılması üçün təşəbbüs irəli sürdüyünü elan edib, TURANın Vaşinqtondakı müxbiri bildirib.
Dövlət Departamentinin bəyanatında deyilir ki, "Ədalətli səbəb olmadan" təşəbbüsü siyasi məhbusların və onların ailələrinin acınacaqlı vəziyyətinə dair beynəlxalq məlumatlılığı artırmaq və bütün dünyada haqsız yerə həbs olunanları azad etmək məqsədi daşıyır.
Dövlət katibi Entoni Blinken yazıb: “Biz bütün dünya hökumətlərini öz hüquqlarını dinc şəkildə həyata keçirdikləri üçün həbs edilənləri azad etməyə çağırırıq”.
Dövlət Departamentinin məlumatına görə, bütün dünyada siyasi məhbuslar heç bir səbəb olmadan saxlanılır, onların bir çoxu işgəncələrə, qeyri-insani şəraitə və pis rəftara məruz qalır.
Bu təşəbbüsdə adı çəkilən insanlar dünyanın bütün regionlarında hökumətlər tərəfindən həbs olunan çoxsaylı siyasi məhbusların simvoludur.
“Bəziləri dinc etiraza, korrupsiyanın ifşasına və ya tənqidi reportajlara görə qisas almaq üçün saxlanılır. Digərləri irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsi kimliyinə və ya LGBTQI+ olmasına görə saxlanılır”, - deyə Departamentin açıqlamasında bildirilir.
“Bəzi hökumətlər dinc nümayişçiləri və ya hökuməti tənqid edənləri “terrorizm”, “ekstremizm”, “kibercinayətkarlıq”, “saxta xəbərlər” və ya “xuliqanlıq” kimi qondarma ittihamlarla təqib etmək üçün öz hüquq sistemlərindən sui-istifadə edir. Bir çox hökmlər müstəqil olmayan məhkəmələr tərəfindən çıxarılır, digərləri isə hüquqi müdafiə vasitələri olmadan keçirilir.
Hazırda bu təşəbbüs çərçivəsində 16 siyasi məhbus var. TURAN xəbər verir ki, onların arasında azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Elçin Məmməd də var.
2020-ci ilin mart ayında, insan haqlarının vəziyyəti ilə bağlı tənqidi hesabat dərc etdikdən qısa müddət sonra Elçin Məmməd həbs edildi və sübut olunmamış ittihamlarla dörd il müddətinə azadlıqdan məhrum edildi.
"Ədliyyə sistemindən ədalətə nail olmaq üçün istifadə edilməlidir, insan haqlarını müdafiə edənləri cəzalandırmaq üçün yox. Elçin Məmməd və bütün digər siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilməlidir”, - Dövlət Departamentinin məlumatında deyilir.
Təşəbbüs haqqında ətraflı məlumat bu linkdə: https://www.state.gov/withoutjustcause/
-
- Maliyyə
- 12 Yanvar 2023 11:11
Siyasət
-
Dekabrın 4-də Avropa İttifaqı, Böyük Britaniya və İsveçrənin səfirlikləri Azərbaycanın hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri, hüquqşünaslar və ictimai fəalların iştirakı ilə qəbul təşkil ediblər.
-
Dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
-
Abzas Media-nın işi üzrə həbs edilmiş araşdırmaçı jurnalist Hafiz Babalı bir müddət əvvəl damarların varikoz genişlənməsi ilə bağlı tibbi yardım göstərilməməsindən ombudsman aparatına şikayət vermişdi. Onun aldığı cavabda deyilir ki, Ədliyyə Nazirliyinin Tibb İdarəsi ombudsmanın bununla bağlı sualına cavab verib.
-
Narkotik haqqında iş üzrə üç il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov dekabrın 3-dən aclığa başlayıb.
Rəy yaz