
Almaniya Ukraynaya 500 Stinger raketi və 1000 tank əleyhinə raket verəcək
Bakı/26.02.22/Turan: Almaniya kansleri Olaf Şolz Ukraynaya 500 "Stinger" portativ raket kompleksi və 1000 tank əleyhinə raketin göndəriləcəyini bildirib. Bu, Ukraynanı Rusiyanın təcavüzündən qorumaq üçün edilir.
“Bizim vəzifəmiz bütün gücümüzlə Putinin ordusuna qarşı müdafiədə Ukraynaya dəstək olmaqdır. Buna görə də biz Ukraynadakı dostlarımıza 1000 tank əleyhinə silah və 500 Stinger raketi göndəririk”, – Scholz tvitində yazıb.
Bild qəzeti yazır ki, Hollandiya da Ukraynaya 400 tank əleyhinə sistem verəcək.-0-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz