Açiq mənbələrdən foto.
Bakı/14.04.23/Turan: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda Azərbaycan hərbiçisinə qarşı fiziki zorakılıq göstərilməsini pisləyən bəyanat yayıb.
Təşkilat Twitter hesabında bildirir ki, Ermənistanda azərbaycanlı hərbiçiyə qarşı açıq-aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.
"Bu hadisə dərhal araşdırılmalıdır və beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb olunmalıdır", deyə məlumatda qeyd edilir. 03
Rəy yaz