AXCP: Hakimiyyət Əli Kərimlinin həbsini hazırlayır
Bakı/02.05.20/Turan: Azərbaycan hakimiyyəti AXCP lideri Əli Kərimlini həbs etmək məqsədilə partiyaya qarşı repressiya dalğasını davam etdirir. Bu barədə AXCP-nin mayın 2-də yaydığı bəyanatda deyilir.
İlham Əliyevin martın 19-da və aprelin 14-də “xalq düşmənləri” ilə haqq-hesab çəkməyə yönələn açıq çağırışından sonra başlayan repressiyalar 12 partiya fəalının həbsinə səbəb olub.
Eyni zamanda Ə.Kərimlinin telefonları və İnterneti bağlanıb, ona baş çəkən jurnalistlər həbs və təhdidlərə məruz qalıblar.
Həbsdə olanlardan işgəncə altında Ə.Kərimlinin əleyhinə ifadələr alınıb.
Mayın 1-də məlum olub ki, işgəncələr barədə məlumat verən fəal Niyaməddin Əhmədovu təcridxanadan çıxararaq Dövlət Təhlükəsizliyi Xidmətinə aparıblar, orada ona qarşı hələlik məlum olmayan maddə üzrə cinayət işi açıblar.
Elə həmin gün jurnalist və fəal Səadət Cahangir demək olar ki, öz evindən oğurlanıb. Prokurorluq işçiləri onu aldadaraq mənzilinə giriblər, axtarış aparıblar, şəxsi pulunu, kompüterini və telefonunu götürüblər.
Vəkil çağırmasına imkan verməyiblər və Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 8 saat dindiriblər.
Ondan AXCP liderinin əleyhinə ifadə almağa, partiyanı heç bir təşkilati-siyasi bağlılığı olmayan şəxslərlə əlaqələndirməyə cəhd ediblər.
“Bütün bunlar göstərir ki, hüquq-mühafizə orqanlarının bu addımı siyasi sifarişdir və aydındır ki, əsas məqsəd uydurma ittihamlarla AXCP sədri Əli Kərimlinin həbsinə zəmin yaratmaqdır”, - partiyanın bəyanatında deyilir.
AXCP yerli və beynəlxalq ictimaiyyəti hakimiyyətin bu cür qanunsuz addımlarına biganə qalmamağa çağırır.-02D-
-
- İqtisadiyyat
- 2 May 2020 12:06
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz