Azərbaycan müstəqilliyin 26-ci ildönümünü qeyd edir
Bakı/18.10.17/Turan: Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 26 il öncə - 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib.
Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan olunub.
Konstitusiya aktına əsasən milli və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara tam bərabər hüquqluluq zəmanət verilir.
2006-cı ilə qədər 18 oktyabr bayramı qeyri-iş günü idi. Amma parlament qanunvericiliyə dəyişiklik edərək 18 oktyabr gününü bayram və qeyri-iş günü sırasından çıxarıb.-06D-
-
- İqtisadiyyat
- 18 Oktyabr 2017 11:45
-
- Cəmiyyət
- 18 Oktyabr 2017 12:16
Siyasət
-
Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlı bildirib ki, onun həbsinin “siyasi sifariş əsasında həyata keçirildiyini” hər kəs bilir və anlayır.
-
İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin edilib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayonu şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırlaraq 30 sutka inzibati həbsə məhkum edilib.
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
Rəy yaz