Açiq mənbələrdən foto.
Azərbaycan Ordusu daha 16 kəndi azad edib
Bakı/07.11.20/Turan: Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocalı və Xocavənd rayonlarının daha 16 kəndini erməni işğalından azad edib. Bu barədə bu gün prezident İlham Əliyev bildirib.
“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçünçü Mahmudlu, Qacar, Divanlılar, Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarxah, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Sakuri kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - prezident İlham Əliyev özünün Twitter hesabında bildirib.—06D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz