Açiq mənbələrdən foto.
Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atəşə tutulub
Bakı/27.07.21/Turan: İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.-0-
-
- Cəmiyyət
- 28 İyul 2021 10:53
Siyasət
-
Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 22-də axşam Turan agentliyinin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün COP29 çərçivəsində almaniyalı həmkarı Annalena Berbokla görüş keçirib.
-
Bakının yaxınlığında yerləşən 1-ci Kürdəxanı Müvəqqəti Saxlama Təcridxanasında saxlanılan jurnalist İmran Əliyev noyabrın 18-də başladığı aclıq aksiyasını dünən dayandırdı. Məclis.info saytının rəhbəri olan Əliyev, hərəkətlərində cinayət tərkibi olmadığını əsas gətirərək azadlığa buraxılmasını tələb edirdi.
-
Almaniya Avropada hərbi münaqişənin genişlənməsinin qarşısını almağa çalışır və bunun üçün səy göstərir. Müharibənin başlamasından min gün keçdiyi bir vaxtda Putin təkcə Ukraynanı deyil, Baltika ölkələrini və Polşanı da təhdid edir. Bu barədə noyabrın 22-də Bakıda keçirilən mətbuat konfransında Almaniyanın XİN başçısı Annalena Berbok Rusiyanın Ukraynaya qarşı ballistik raketlərdən istifadə etməsindən sonra Berlinin Kiyevə "Taurus" raketləri verib-verməyəcəyi haqqında suala cavabda bildirib.
Rəy yaz