Azərbaycan Qazaxıstana nota verib
Bakı/02.05.20/Turan: Xarici İşlər Nazirliyindən Turana verilən məlumata görə, bu gün Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.
Görüş zamanı nazir müavini aprelin 30-da Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq notasını təqdim edib.
X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.
Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.
Səfir S. Abdıkarimov baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verdi və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün Səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə edib.-0-
-
- Siyasət
- 2 May 2020 20:04
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz