Azərbaycan-Rusiya sərhəddində ilk sərhəd nişanı quraşdırılıb
Bakı/22.02.18/Turan: Fevralın 22-də Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə dövlətlərarası birgə komissiyanın Bakıda iclası başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Komissiya bu gün Azərbaycanın Qusar rayonunun Zuxul kəndi (Bakıdan 200 kilometr şimal) ərazisində Azərbaycannın Rusiya ilə dövlət sərhəddində ilk sərhəd nişanının quraşdırılması mərasimində iştirak edib.
Mərasimdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan və Rusiya arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfdən sədri Xələf Xələfov, Rusiya tərəfdən sədri Vadim Postnov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri Aleksey Buyerov çıxış edib.
Dövlət sərhəddinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdırılacağı qeyd olunub.-03B-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz