
Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlara seçkiləri müşahidə üçün dəvət göndərib
Bakı/22.02.18/Turan: Azərbaycan Xarici İşlər Nazirliyi aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməsi üçün BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, Türk Şurası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına dəvət göndərib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Milli Məclis tərəfindən isə parlament assambleyalarına dəvətlər göndərilir.-03B-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz