Azərbaycan səfiri HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyib
Bakı/09.10.23/Turan: Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədov HƏMAS-ın İsrailin mülki əhalisinə qarşı törətdiyi terror aktlarını kəskin şəkildə pisləyib.
“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq. Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması, terrorçular tərəfindən onların pis rəftara, zorakılığa məruz qoyulması məni dəhşətə gətirir.
Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, - səfir X sosial şəbəkəsindəki hesabında yazıb.
-
- Maliyyə
- 9 Oktyabr 2023 10:53
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz