Zakir Həsənov
Azərbaycan Silahlı Qüvvələrinə Qarabağda ermənilərin təxribatlarına qarşı adekvat tədbirlər görmək tapşırılıb
Bakı/11.03.23/Turan: Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, iştirakçılar Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil ediblər.
Qarabağda qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaların və "canlı qüvvənin rotasiyasının" həyata keçirilməsinin "yolverilməz" olduğu bildirilib.
Həsənov düşmənin fəaliyyətini fasiləsiz müşahidə etməyi və Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı "preventiv tədbirlər" görməyi tapşırıb.
"Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti zəruri addımlar atacaq", deyə nazir qeyd edib. 02D
-
- Qafqaz
- 11 Mart 2023 11:18
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz