Azərbaycan və Fransa xarici işlər nazirləri regiondakı vəziyyəti və Ukraynanı müzakirə ediblər
Bakı/17.03.22/Turan: 17 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.
Nazirlər, regiondakı cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş baza prinspinə toxunublar. Fransa naziri Fransanın Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib.
Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı nazirlər, ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.-0-
-
- Cəmiyyət
- 17 Mart 2022 19:40
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz