Azərbaycan və Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Azərbaycan və Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Bakı/22.11.23/Turan: Azərbaycan müdafiə nazirinin müavinləri Baş direktor Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Gürcüstanda işgüzar səfərdədir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbaut xidmətinin məlumatına görə, səfər çərçivəsində Gürcüstan Respublikası müdafiə nazirinin müavini Giorgi Xaindrava və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüş keçirilib.
Gürcüstan Müdafiə Nazirliyində keçirilən görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. 03
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz