Açiq mənbələrdən foto.
Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri Xəzərlə bağlı sammitə hazırlıq məsələlərini müzakirə ediblər
Bakı/18.06.21/Turan: İyunun 17-də Bakıda Azərbaycan və Rusiya arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib. Bu barədə iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
Məsləhətləşmələri xarici işlər nazirinin müavini və Azərbaycanın Xəzər dənizi və sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov və Rusiya xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Dövlət Sərhəd Xidmətinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov aparıblar.
Tərəflər Xəzərin hüquqi statusuna dair Konvensiyanın tətbiqi, növbəti Xəzər sammitinə hazırlıq, həmçinin Xəzəryanı ölkələr arasında bu sahədə əməkdaşlığa dair sazişlərin layihələrini müzakirə ediblər, məlumatda bildirilir. -02D-
-
- İqtisadiyyat
- 17 İyun 2021 22:38
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz