Azərbaycan Xarici İşlər Nazirliyi “İsrail-Fələstin münaqişəsi zonasında zorakılığı" pisləyib
Bakı/07.10.23/Turan: Azərbaycan Xarici İşlər Nazirliyi “İsrail-Fələstin münaqişəsi zonasında” zorakılığı pisləyib.
“Biz İsrail-Fələstin münaqişəsi zonasında mülki şəxslərə qarşı zorakılığı pisləyirik. Həm İsraildə, həm də Qəzza zolağında çoxlu mülki vətəndaşın faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığımızı bildiririk. Biz vəziyyətin təcili olaraq deeskalasiyasına çağırırıq”, - Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkədəki rəsmi səhifəsində deyilir.—06D-
Rəy yaz