Azərbaycan XİN Ermənistan hakimiyyətinin əsirlərin dəyişdirilməsindən imtina etməsi barədə
Bakı/21.11.18/Turan: Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Cenevrə konvensiyasında əksini tapmış humanizm prinsiplərini rədd edir. Bu barədə rəsmi Yerevanın hər iki tərəfdəki əsirlərin "hamının hamıya" prinsipi üzrə dəyişdirilməsindən imtina etməsilə bağlı Azərbaycan XİN-in mətbuat xidmətinin şərhində deyilir.
Azərbaycan XİN-in şərhində həmçinin qeyd olunur ki, Paşinyanın əsirlərin dəyişdirilməsindən imtina etməsi ATƏT-in Minsk Qrupunun humanitar fəaliyyətinə məhəl qoymadığını göstərir.
Qeyd edək ki, rəsmi olaraq erməni əsirliyində üç azərbaycanlı var: Şahbaz Quliyev, Dilqəm Əsgərov və Elnur Hüseynzadə. Ş.Quliyev və D.Əsgərov saxlandıqları yerdə, Kəlbəcər ərazisində qətl törətmək ittihamı ilə mühakimə olunublar.
Azərbaycanda isə üç erməni əsir var: Karen Kazaryan, Zaven Karapetyan və 15 il müddətinə həbs olunmuş Arsen Bağdasaryan.
Erməni tərəfi Şahbaz Quliyev və Dilqəm Əsgərovu təxribatçı-cinayətkarlar adlandıraraq əsirlərin mübadiləsini uyğun saymır.-02D-
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz