Azərbaycanda "Milli məkan məlumatları" sistemi yaradılır
Dövlət başçısının 10 yanvar tarixli fərmanı ilə Azərbaycanda "Milli məkan məlumatları" sistemi yaradılır.
Yeni sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
Sistemin formalaşdırılmasında məqsəd dövlət idarəetməsinin optimallaşdırılması, eləcə də müvafiq sahə üzrə təhlil aparılması, proqnoz və hesabatların hazırlanması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Sistemin tətbiqi aşağıdakı hədəflərə xidmət edir:
Gözlənildiyi kimi, sistem real vaxt rejimində və operativ şəkildə xidmət göstərməyə imkan verəcək.
Sistemin sahibi və operatoru Azərbaycan İqtisadiyyat Nazirliyidir.
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz