Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur
İyunun 26-da Azərbayanda Silahlı Qüvvələr Günü qeyd olunur. Ölkə prezidentinin 1998-ci il 22 may tarixli fərmanı ilə bu gün qeyri-iş günü elan edilib.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə nizami ordu hissəsi – Əlahiddə Azərbaycan korpusu yaradılıb ki, bu da Silahlı Qüvvələrin yaradılması üçün zəmin təşkil edib.
1998-ci ilədək Silahlı Qüvvələr Günü oktyabrın 9-da qeyd olunurdu. 1991-ci il həmin gün Ali Sovet milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında qanun qəbul edib.
1992-ci oktyabrın 9-da müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq hərbi parad keçirilib.
İkinci parad 2008-ci il iyunun 26-da “Azadlıq” meydanında milli ordunun 90 illiyi münasibətilə keçirilib. Tədbirdə 4510 hərbçi, onlarla müxtəlif növ hərbi texnika iştirak edib.
Üçüncü hərbi parad 2011-ci il iyunun 26-da keçirilib və Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Paradda 6 minə yaxın hərbçi iştirak edib.
Dördüncü parad 2013-cü il iyunun 26-da keçirilib və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunub.
Vikipediya məlumatına görə, 2013-cü ilədək Silahlı Qüvvələrin sayı 66 950 min nəfər təşkil edib. Bunun 56 850-i quru qoşunlarında, 2 200-ü HDD, 7 900-ü HHQ-dədir. -0-
-
- Siyasət
- 26 İyun 2015 00:16
Siyasət
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
Rəy yaz