Azərbaycanın ABŞ-dakı səfirliyinin qarşısında Xədicə İsmayılovaya dəstək aksiyası keçirilib
Jurnalist Xədicə İsmayılovanın dostları, hüquq-müdafiəçiləri və bir qrup jurnalist Azərbaycanın ABŞ-dakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
Onlar X.İsmayılovanı dəstəklədiklərinin bildiriblər və onun dərhal azad olunmasını tələb ediblər. Turan-ın Vaşinqton müxbiri məlumat verib.
Aksiya iştirakçıları X.İsmayılovanın həbsini “ədalətsiz” , “onun ağzını yummaq və gələcək korrupsiya faktlarının açıqlanmasının qarşısını almaq üçün növbəti cəhd” adlandırıblar.
“Mən bilirəm, Xədicə indi bizə nə deyərdi: Mənim həbsimi problemə çevirməyin – problem Azərbaycanda siyasi məhbusların olmasıdır”, - fotojurnalist Amanda Rivkin bildirib.
X.İsmayılovanın vaxtilə çalışdığı Beynəlxalq Jurnalistika Mərkəzinin vitse-prezidenti Patrik Batler onun həbsini “bütün regionda mətbuat azadlığına ciddi zərbə” adlandırıb.
“Biz Azərbaycan hökumətindən onun azadlığa buraxılmasını tələb edirik”, - o qeyd edib.
Aksiya başa çatdıqdan sonra iştirakçılar piketin qətnaməsini səfirliyə təqdim ediblər.-25В-
Rəy yaz