Azərbaycanın müdafiə naziri Çində işgüzar səfərdədir
Bakı/29.10.23/Turan: Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Səfər çərçivəsində müdafiə nazirinin Çinin hərbi rəhbərliyi ilə görüşü, eləcə də bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətlərini ziyarəti nəzərdə tutulur.
Keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
-
- Siyasət
- 29 Oktyabr 2023 00:04
-
- Foto sessiyalar
- 29 Oktyabr 2023 17:21
Siyasət
-
COP29 iqlim sammitində əldə edilən razılaşma BMT Baş Katibi Antoniu Quterreş tərəfindən iqlim dəyişikliyinə qarşı qlobal səylərdə mühüm addım kimi qiymətləndirilib. Yüksək səviyyəli müzakirələrin yekununda çıxış edən Quterreş, bu razılaşmanın qlobal istiləşməni 1,5°C həddində saxlamaq məqsədini qorumaq üçün həlledici olduğunu vurğulayıb. Bu hədd iqlim dəyişikliyinin ən pis təsirlərini qarşısını almaq üçün kritik hesab olunur.
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
Rəy yaz