
Açiq mənbələrdən foto.
Bakı/12.11.22/Turan: Noyabrın 12-də Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı hərbi attaşesi Kayl Metyu Koun ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.—06B-
Rəy yaz