Bakı və Tbilisidən ekspertlər sərhədin mübahisəli hissələrinə birgə baxış keçirəcəklər
Bakı/19.08.19/Turan: Avqustun 19-da Gürcüstan və Azərbaycan Respublikasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ekspert qrupunun ilk iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər delimitasiya prosesinin gedişatını muzakirə ediblər və razılaşdırılmamış sahələrlə bağlı öz mövqelərini ifadə ediblər. Görüləcək sahə işləri, razılaşdırılmamış sahələrdə birgə ölçmə işlərinin aparılması və həmin yerlərə baxış kecirilməsi planlaşdırılıb.
Gürcüstan tərəfi bu məlumatı təsdiq edib, mübahisəli hissələrə səfərin və "birgə ölçmə işlərinin" avqustun 23-də baş tutacağını qeyd edib.
Xatırladaq ki, əsas fikir ayrılığı Keşikçidağ - David Qareci monastır kompleksi ərazisində sərhədin çəkilməsi ilə bağlıdır. Gürcüstan tərəfi Azərbaycan ərazisinin monastırın iki obyekti yerləşən hissəsinin ona verilməsini istəyir. -16D-
-
- Aktual Reportaj
- 19 Avqust 2019 18:04
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz