Kəmran Əliyev.
Baş prokuror beynəlxalq birliyi Ermənistandan minalanmış ərazilərin xəritələrinin verilməsini tələb etməyə çağırıb
Bakı/04.06.21/Turan: Bu gün Azərbaycanın baş prokuroru Kamran Əliyev işğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlaması nəticəsində qurbanlarla bağlı beynəlxalq təşkilatlara müraciətlər göndərib.
Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarına, Avropa Şurasının insan hüquqları üzrə komissarına, həmçinin Emnisti İnterneşnl və Human Rayts Votç təşkilatlarına müraciət edib.
Müraciətdə qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisini minalayıb ki, bu da beynəlxalq humanitar hüququn, həmçinin Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır və bizim vətəndaşlarımıza qarşı cinayət törətməkdə davam edir.
Belə ki, iyunun 4-də saat 11:00-a yaxın telekanalların və informasiya agentliklərinin Kəlbəcərə ezam edilən əməkdaşlarının olduğu avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində iki jurnalist və bir dövlət məmuru həlak olub, 4 nəfər ağır bədən xəsarəti alıb.
Azərbaycan Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi qaldırılıb və intensiv əməliyyat-istintaq tədbirləri aparılır.
Ermənistanın uzun illər ermənilərin işğal altında saxladıqları ərazilərdə minaların basdırıldığı yerlərin xəritə və sxemlərini verməkdən imtina etməsi Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin davamıdır, Kamran Əliyevin müraciətində deyilir.
Baş prokuror qeyd edib ki, Ermənistanın sözügedən xəritələri və insanların həyatını xilas etməyə kömək edə biləcək digər zəruri məlumatları verməkdən imtina etməsi Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ) maddələrinin, 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyətin müdafiəsi), 4 saylı Protokolun 2-ci maddəsinin (sərbəst hərəkət azadlığı) kobud şəkildə pozulmasıdır.
Kamran Əliyev qeyd edib ki, noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra 20 nəfər dinc sakin həlak olub, 29 nəfər isə müxtəlif bədən xəsarəti alıb.
Sonda baş prokuror nüfuzlu beynəlxalq təşkilatları və dünya birliyini öz səlahiyyətləri daxilində Ermənistan rəhbərliyinə qarşı tədbirlər görməyə çağırıb.—06D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz