president.az
Bosniya və Herseqovinanın təhlükəsizlik nazirinin səfəri
Bakı/11.04.23/Turan: Çərşənbə axşamı prezident İlham Əliyevin Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenas Neşiçin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.
Görüşdə ikitərəfli siyasi münasibətlərin "yaxşı səviyyəsi", müxtəlif sahələrdə əməkdaşlığın uğurlu inkişafı qeyd olunub.
Əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Bosniyalı nazir COVID-19 pandemiyası dövründə və daşqınlarla əlaqədar Azərbaycanın onun ölkəsinə yardımını yüksək qiymətləndirib. 03B06
-
- Maliyyə
- 11 Aprel 2023 12:46
Siyasət
-
Dekabrın 23-də Belqradda Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşü olub. Yekun mətbuat konfransında Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib ki, tərəflər turizmin inkişafını müzakirə ediblər. "Biz birbaşa aviareyslərin açılması, iqtisadi inkişaf və energetika üzrə işi gücləndiririk", - Curiç deyib.
-
Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Bəxtiyar Hacıyevin işi üzrə dinləmələr davam edib.
-
Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-11" YouTube resursunun rəhbəri Teymur Kərimovun işi üzrə proses davam edib. O, hədə yoluyla tələb etməkdə ittiham olunur.
-
Mossad (İsrailin xarici kəşfiyyat xidməti) rəhbəri David Barnea ölkənin siyasi rəhbərliyinə tövsiyə edib ki, husilərə yox, İrana zərbə endirsin, dekabrın 22-də Ynet bildirib.
Rəy yaz