Matthew Miller
Dövlət Departamenti: ABŞ harada keçirilməsindən asılı olmayaraq, Bakı və Yerevan arasında birbaşa danışıqları dəstəkləyir
Vaşinqton/25.05.23/Turan: ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etməyə davam edir və tərəflərin müzakirələri davam etdirdikləri barədə xəbərləri alqışlayır, çərşənbə günü Dövlət Departamentində bildiriblər.
“Ötən həftə dövlət katibi Blinkenin açıq şəkildə bildirdiyi kimi, "biz bir daha əmin olduğumuzu bəyan edirik ki, sülh əlçatandır", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller Vaşinqtonun gözləntilərilə bağlı Turan-ın müxbirinin sualının cavabında deyib.
Onun sözlərinə görə, birbaşa dialoq "problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır".
"Biz bu məsələdə tərəflərlə birbaşa əlaqə quraraq onları dəstəkləməyə davam edəcəyik", - o deyib.
Millerin şərhləri ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bononun bölgəyə elan olunmamış səfərindən sonra səslənib. Eyni zamanda, mətbuat katibi səfərin təfərrüatlarını açıqlamaqdan yayınıb.
Vaşinqtonun Azərbaycan və Ermənistan liderləri arasında bugünkü Moskva danışıqlarından gözləntilərilə bağlı Turan-ın digər sualının cavabında Miller deyib: "Hesab edirik ki, dayanıqlı yekun həllə nail olmaq üçün birbaşa danışıqlar vacibdir. Və bizim fikrimizcə, əgər hər iki tərəf razılığa gələ bilərsə və öz fikir ayrılıqlarını aradan qaldıra bilərsə bu, tamamilə mümkündür.
Biz istər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın hər hansı bir yerində keçirilməsindən asılı olmayaraq, bu danışıqları dəstəkləyirik", - Miller deyib. 0
-
- Maliyyə
- 25 May 2023 10:44
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz