Dövlət Departamenti: ABŞ uğursuzluqlara baxmayaraq, Qarabağda sülh üçün imkanları görür (video)
Vaşinqton/18.08.22/Turan: “Vaşinqton əvvəlkitək Ermənistanla Azərbaycan arasında uzunmüddətli hərtərəfli sülh üçün imkanları görür", - Dövlət Departamentinin nümayəndəsi çərşənbə günü gündəlik brifinqdə bildirib.
“Uğursuzluqlara baxmayaraq, biz hələ də imkanları görürük və bunun tez bir proses olmayacağını həmişə başa düşmüşük. "Mümkün olan hər şeyi etmək və Ermənistanla Azərbaycan arasında uzunmüddətli hərtərəfli sülhə kömək etmək üçün çalışırıq", - Ned Prays Qarabağda nizamlanmanın perspektivləri və ABŞ-ın rolu barədə Turan-ın müxbirinin sualına cavabında bildirib.
"İnanırıq ki, daimi dialoq, daimi qarşılıqlı fəaliyyət, o cümlədən yüksək səviyyədə bu məqsədə nail olmağa kömək edə bilərik", - o əlavə edib.
Bu yaxınlarda dövlət katibi Blinkenin həm erməni, həm də azərbaycanlı liderlərlə ünsiyyət qurmaq imkanı olub.
"Biz bu yaxınlarda Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlardan və bunun nəticəsində qurbanlardan dərin narahatlığımızı ifadə etdik. Onlar gərginliyin səngiməsi və gələcək eskalasiyanın qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırdılar",- o davam edib.
ABŞ hesab edir ki, bu yaxınlarda gərginliyin artması Dağlıq Qarabağ münaqişəsilə bağlı və ya ondan irəli gələn bütün digər məsələlərin razılaşdırılmış, hərtərəfli və davamlı həllinin vacibliyindən xəbər verir.
“Zorakılığa çevrilmiş gərginliyin artmasına baxmayaraq, biz uzunmüddətli və hərtərəfli münaqişənin həllinə kömək etmək üçün həm ikitərəfli əsasda, həm Avropa İttifaqındakı tərəfdaşlarla, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində tərəflərlə işləməyə davam edəcəyik”, - Prays deyib. -0-
-
- İqtisadiyyat
- 18 Avqust 2022 11:22
Siyasət
-
Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.
-
Avropa Şurasının baş katibi Alen Berse "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Qazaxıstanda çox sayda insanın həlak olmasına səbəb olan faciəvi qəzası ilə əlaqədar başsağlığı verib və dərin kədərini ifadə edib.
-
Aktauda təyyarəmizin qəzaya uğraması bir neçə suala cavab tələb edir: 1. Bu qəzada həlak olanların çoxları əvvəllər qatar və ya avtonəqliyyat vasitəsi ilə Şimali Qafqaza gedən şəxslərdir. Azərbaycan illərdir quru sərhədlərini bağlı saxlamasaydı, bu qurbanlar olmaya bilərdi.
-
NATO "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallah "X" hesabında paylaşım edib.
Rəy yaz