Antony Blinken
Dövlət Departamenti: Blinken Əliyevi "geniş amnistiya tətbiq etməyə" çağırıb
Vaşinqton/27.09.23/Turan: Çərşənbə axşamı ABŞ dövlət katibi Entoni-Blinken prezident İlham Əliyevə "Dağlıq Qarabağın bütün sakinləri üçün sülh, qarşılıqlı anlayış və qarşılıqlı hörmətə əsaslanan gələcək quracağı" haqqında bəyanatlarını xatırladaq, onu geniş amnistiya elan etməyə çağırıb, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib, xəbəri Turan-ın müxbiri verib.
Blinken bu ay ərzində üçüncü dəfə Əliyevlə söhbət edib. Artıq məlumat verildiyi kimi, tərəflər Dağlıq Qarabağda potensial müşahidəçilər missiyasını müzakirə ediblər.
Blinken Əliyevi "Dağlıq Qarabağın sakinlərinə öz evlərində təhlükəsiz şəraitdə yaşaya biləcəklərinə və hüquqlarının müdafiə olunacağına zəmanət verməyə" çağırıb, deyə Miller bildirib.
Blinken və Əliyev arasında müzakirələr ABŞ-n iki yüksək vəzifəli məmurunun - dövlət katibinin köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim və USAID rəhbəri Samanta Pauerin hazırda hərbi əməliyyatların nəticələrini qiymətləndirmək üçün regionda səfərdə olduqları bir vaxtda aparılır. 0
-
- Siyasət
- 27 Sentyabr 2023 00:11
Siyasət
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
Rəy yaz