Edvard Nalbandyanla Elmar Məmmədyarovun görüşü Vyanada olacaq
Moskva/16.11.17/Turan: ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov-Rusiya, Stefan Viskonti -Fransa və Endrü Şafer-ABŞ) noyabrın 14-16-da Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov ilə görüşüblər.
İclaslarda ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
"Həmsədrlər nazirlərlə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarqsyanın 2017-ci il 16 oktyabr Cenevrə sammiti zamanı əldə etdikləri razılaşmaların reallaşması üzrə konkret addımları, həmçinin həmsədrlərin Cenevrədə qaldırdığı digər məsələləri müzakirə ediblər.
Nazirlər 2017-ci ilin dekabrında Vyanada ATƏT Nazirlər Şurası çərçivəsində birgə iclasların keçirilməsi barədə razılığa gəliblər. Həmsədrlər iclasın gündəliyini hazırlayacaqlar. Gündəliyə əsasən siyasi nizamlanma, həmçinin təmas xəttində gərginliyin azaldılması üzrə konkret tədbirlər daxil olacaq. Əsas diqqət ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsinin aparatının fəaliyyətinin genişləndirilməsinin başa çatdırılmasına yönəldiləcək", - bəyanatda deyilir. -02D-
-
- Cəmiyyət
- 16 Noyabr 2017 17:03
-
- Söz istəyirəm
- 16 Noyabr 2017 17:34
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz