Əfqanıstanda həlak olanların ailələrinin təqaüdü artırılıb

Bakı/21.02.19/Turan: Dövlət başçısının 21 fevral tarixli fərmanı ilə ötən əsrin 80-ci illərində sovet qoşunlarının tərkibində Əfqanıstanda döyüşərək həlak olan, itkin düşən beynəlmiləlçi hərbiçilərin ailələrinin aylıq təqaüdü artırılıb.

Fərmanda deyilir ki, 2019-cu il martın 1-dən bu kateqoriyadan olan insanlar üçün prezident təqaüdü 220 manatdan 300 manata qədər artırılıb.

Qeyd edək ki, fərman İlham Əliyevin bu gün Bakıya səfərə gəlmiş MDB Beynəlmiləlçi Hərbiçilər Komitəsinin sədri Ruslan Auşevlə görüşündən sonra imzalanıb. -02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti